Yandex watch
Bakıda müxtəlif sahələrdən olan sahibkarlarla görüş —

28 mart 2025-ci il tarixində "Labirint Hüquq Xidmətləri və Təlim Mərkəzi" MMC-nin rəhbəri, hüquqşünas Ayan Qurbanova və bioenerji üzrə terapist Gülnar Məmmədovanın təşkilati dəstəyi ilə müxtəlif sahələrdən olan sahibkarlarla görüş keçirilib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, görüş çərçivəsində müxtəlif mövzularda maarifləndirici seminar təşkil edilib. Seminarda tanınmış stilist-dizayner, Nur Design brendinin rəhbəri Aynur Kamranlı, bioenerji üzrə mütəxəssis Gülnar Məmmədova və digər təlimçilər öz həyat təcrübələri ilə bölüşərək fəaliyyət sahələrinə aid mövzularda maarifləndirici çıxışlar ediblər.

Görüş əsnasında sahibkarlara dəstək məqsədilə təqdimatlar və sərgilər təşkil olunub. Görüşün təşkilatçıları, hüquqşünas Ayan Qurbanova və bioenerji üzrə terapist Gülnar Məmmədova, tədbirin sahibkarlar arasında yeni işgüzar tanışlıqların qurulmasına töhfə vermək məqsədi daşıdığını vurğulayıblar.

Görüşdə Milli Məclisin deputatı Vüqar İskəndərov da iştirak edib. Tədbir iştirakçıların fəallığı və böyük məmnuniyyəti ilə yadda qalıb.

Qeyd edək ki, maarifləndirici seminarın media dəstəyi E-saglam.az saytıdır. 

E-saglam.az