Tibbi xəbərlər
Azərbaycanda xırdabuynuzlu heyvanlarla bağlı monitorinqlərə başlanılır
Tibbi xəbərlər
295

Azərbaycanda xırdabuynuzlu heyvanlarla bağlı monitorinqlərə başlanılır

Azərbaycanda xırdabuynuzlu heyvanlarla bağlı monitorinqlərə başlanılır.

Bu barədə E-saglam.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması üçün xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi məqsədilə vəhşi heyvanların rast gəlindiyi yaşayış areallarında cari ilin 20 iyun - 8 iyul tarixlərində monitorinqlər keçiriləcək.

Monitorinqlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun