Tibbi xəbərlər
Azərbaycanda fantastik qiymətə analizlər -
Tibbi xəbərlər
578

Azərbaycanda fantastik qiymətə analizlər - 5000 manat...

Bilirik ki, xəstəliklərin aşkar olunması üçün müəyyən yoxlanışlar və analizlər verilir. Hər ölkədə olduğu kimi Azərbaycanda da minlərlə xəstə var. Bu xəstələr də xəstəlik səbəbilə müayinə olunmalı və analiz verməlidirlər. Qeyd etdiyimiz proseslərin qiymətlərilə bağlı narazılıqlar isə yetərincədir. Vətəndaşlar bildirirlər ki, analiz qiymətlərinin hamısı heç də ciblərinə uyğun deyil.

E-saglam.az xəbər ki, Bakıda müxtəlif analizlər həyata keçirən laboratoriyaların qiymətilə bağlı araşdırma edib.

DNT analizlərinin qiyməti 900-1600 manat arasında dəyişir.

Onurğa Əzələlərinin Atrofiyası (SMA) analizin qiyməti 250-800 manat aralığınadadır.

Ekzom Sekans Analizi (WES) isə 480-5000 manat arasındadır.

Qeyd edək ki, yuxardakı qiymətlər Bakıda fəaliyyət göstərən 7 özəl və dövlət laboratoriyalarından araşdırılıb./redaktor.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun