Endokrinoloq Ekaterina Saxnova xəbərdarlıq edib ki, hər kəs erkən mərhələdə diabetin görünüşünü fərq edə bilməz.
E-saglam.az xəbər verir ki, "Gazeta.ru" ilə söhbətində o, diabetin aşkar olmayan əlamətlərini açıqlayıb.
Saxnovanın sözlərinə görə, şəkərli diabet təkcə yüksək qlükoza səviyyəsi ilə deyil, həm də ağız quruluğu, susuzluq və tez-tez sidiyə getmə ilə özünü göstərə bilər: "Bundan əlavə, diabet inkişaf edən insanlarda görmə kəskinliyinin azalması, əllərdə və ayaqlarda uyuşma, sağalmayan yaralar və dəridə hiperpiqmentli topaqlar ola bilər".
Sadalanan simptomlar görünsə, endokrinoloq dərhal həkimə müraciət etməyi məsləhət görür.
Həkim qeyd edib ki, 2-ci tip şəkərli diabetin inkişafı üçün əsas risk faktorları, ən çox rast gəlinənlər xəstəliyin qohumlarda olması və artıq çəkidir.
"Ailədə 2-ci tip şəkərli diabet olan insanlarda artıq çəki və ya piylənmə olduqda, çəkini azaltmaq üçün həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur", - deyə həkim bildirib.
Tərcümə: Könül Oruc