ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib

ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib.

Bu barədə E-saglam.az-a Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasından (KOBSKA) məluamat verilib.

Hazırda bütün dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir

Məlumata görə, “Dayanıqlı gələcək komissiyası”nın təşkilatçılığı ilə “COP29-a doğru” şüarı altında keçirilən tədbirdə öncə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edib: “Fariz İsmayılzadə deyib ki, hazırda bütün dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir. O, iqlimlə bağlı problemlərin həlli yollarını bütün dünyanın birlikdə axtarmalı olduğuna diqqət çəkib. Fariz İsmayılzadə “Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir. Əvvəlki COP-lardan fərqli olaraq bu il alimlər iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli istiqamətində siyasətçilərə yeni ideyalar verəcək və fəal iştirak edəcəklər. Düşünürəm ki, COP29 şəbəkələşmə əlaqələrinin yaradılması üçün geniş imkanlar açacaq” deyib.

Məlumatda bildirilib ki, tədbirdə COP29-la bağlı müxtəlif mövzular müzakirə edilib.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçiriləcək

Qeyd edilib ki, “Dayanıqlı gələcək komissiyası”nın qurucusu və Türkiyə tərəfdən sədri Doğan Başaran çıxışında COP29-un Azərbaycanda keçirilməsinin qürurverici hiss olduğun bildirib: “Çıxışda vurğulanıb ki, . Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçiriləcək. COP29-un Azərbaycanda keçirilməsinin qürurverici hiss olduğunu bildirən D.Başaran qeyd edib ki, bütün türk dövlətləri bu istiqamətdə Azərbaycana dəstək göstərməlidir”.

Məlumata əsasən tədbirdə BMT-nin Azərbaycan üzrə koordinatoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi, bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, media nümayəndələri, elm işçiləri, sahibkarlar və gənclər iştirak ediblər.

Bu, Azərbaycana olan etimad və güvənin də növbəti sübutudur

O da vurğulanıb ki, panel müzakirələri ilə davam edən tədbirdə KOBSKA-nın sədri Nigar Əlsəgərova da çıxış edib: “Nigar Əlsəgərova çıxışında “COP29 kimi mötəbər tədbirin, qlobal konfransın ölkəmizdə keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, ölkəmizə olan etimad və güvənin də növbəti sübutudur. Prezident İlham Əliyevin qlobal problemlərin həllində uzaqgörən yanaşması, COP29-a ev sahibliyimiz cari sahədə mövcud problemlərin həllinə kompleks yanaşmanın da ərsəyə gəlməsinə səbəb olacaq” deyib. Həmçinin N.Ələsgərova “türk dünyasının qlobal ekoloji problemlemlərin həllində də birgə addımlama mexanizmlərinin təşkili vacibdir” deyib”.

Panel müzakirələrində su, qida, torpaq və digər təbii resursların qorunması və dünyadakı cari vəziyyətlə bağlı araşdırmalara dair müzakirələr aparılıb.

E-saglam.az