Sağlamlıq
50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara
Sağlamlıq
13

50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar açıqlanıb

Endokrinoloqlar bildirirlər ki, 50 yaşdan sonra sümük sağlamlığını qorumaq üçün qidalanma xüsusi əhəmiyyət daşıyır və düzgün qida seçimi osteoporoz riskini azalda bilər.

E-saglam.az  xəbər verir ki, endokrinoloq Judd Sfeirin sözlərinə görə, sümük sıxlığının qorunması üçün əsas qida maddələri kalsium, D vitamini və zülaldır. Bu maddələr sümüklərin möhkəmliyini və oynaqların funksiyasını dəstəkləyir.

Sardina ən faydalı mənbələrdən biri kimi göstərilir

Həkimlər sardinanı xüsusilə tövsiyə edirlər, çünki bu balıq həm kalsium, həm D vitamini, həm də zülal baxımından zəngindir və sümük sağlamlığını dəstəkləyən əsas qida mənbələrindən sayılır.

Bununla yanaşı, mütəxəssislər süd məhsullarının da rasiona əlavə edilməsini və müntəzəm fiziki aktivliyin davam etdirilməsini məsləhət görürlər.

Zərərli vərdişlər sümüklərə mənfi təsir edir

Endokrinoloq Jessica Garcia qeyd edir ki, alkoqol, həddindən artıq duz və şəkərli qazlı içkilər sümük sağlamlığına zərər verə bilər. Xüsusilə qazlı içkilərdəki fosfor turşusu orqanizmdə kalsium balansını poza bilər və bu da zamanla sümüklərin zəifləməsinə səbəb olur.

Mütəxəssislər ümumilikdə balanslı qidalanma və aktiv həyat tərzinin sümük və oynaq sağlamlığı üçün əsas faktor olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun