Tibbi xəbərlər
20 il ərzində 87 pasiyenti zorlayan kişi ginekoloq
Tibbi xəbərlər
313

20 il ərzində 87 pasiyenti zorlayan kişi ginekoloq həbs edilib

​​​​​​​20 il ərzində pasiyentlərinə qarşı seksual hərəkətlər edən və onları videoya çəkən həkim ginekoloq həbs edilib.

E-saglam.az xəbər verir ki, Norveç polisi 55 yaşlı ginekoloq Arne Bayaya qarşı ittiham irəli sürüb. Onun əməlləri nəticəsində 94 qadın şikayət edib. Bu hadisə, ölkə tarixində səhiyyə və seksualizm mövzularında ən qalmaqallı məhkəmə işlərindən biri kimi yadda qalıb.

Şikayətçilər arasında ən yaşlı qadın 63 yaşında olub və həkimin 10 il əvvəlki pasiyenti olub. Ən gənc şikayətçi isə 15 yaşındadır.

Tədqiqatçılar, həkimin 6000 saatlıq videomaterial təqdim etdiyini bildirib. Həkim, pasiyentlərinin ginekoloji müayinələrini, onların razılığını almadan, bir neçə fərqli rakursdan kameraya çəkib.

Arne Bay, Norveçin kiçik şəhərciyi olan Frostedə fəaliyyət göstərib. Bu bölgədə əhali sayının az olması səbəbindən, bütün qadınlara yalnız bir həkim xidmət göstərib.

Həkimin qurbanlarından biri, müayinə zamanı bədəninin digər hissələrinə toxunulduğunu, müayinənin çox uzun çəkdiyini və ağrılı olduğunu bildirib.

Arne Bayin 21 il cəza alacağı təxmin edilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun