Zeytun yağına limon sıxıb içsəniz, nəticəsinə inanmayacaqsınız
Zeytun yağına limon sıxıb içsəniz, nəticəsinə inanmayacaqsınız

Limonu zeytun yağına sıxıb qəbul etdikdə həm limonun, həm də zeytun yağının faydasını görə bilərsiniz.

E-saglam.az xəbər verir ki, ən sağlam yağlar arasında yer alan zeytun yağı nizamlı istehlak olunduqda insan orqanizmi üçün çox faydalıdır. Zeytun yağının tək başına faydaları ilə yanaşı, alternativ istifadəsi də var. Limonu zeytun yağına sıxıb içməyin faydaları çoxdur. 

Zeytun yağına limon sıxmağın möcüzəvi faydalarını təqdim edirik:

- C vitamini ilə zəngin olan limonu omeqa yağ turşuları ilə zəngin olan zeytun yağı ilə qarışdırıb bu şəkildə istehlak etmək həzm sisteminə müsbət təsir edir.

- Zeytun yağının içinə limon sıxıb bu şəkildə istehlak etdikdə qısa müddətdə qəbizlikdən xilas ola bilərsiniz.

- Zeytun yağı tərkibindəki sağlam yağ turşuları ilə də dəri üçün qidalandırıcıdır. Tərkibində antioksidant olan limon dərini də təmizləyir. Zeytun yağının içinə limon sıxıb istehlak etdikdə daha parlaq və hamar bir dəriyə sahib olacaqsınız. Təbii qarışıq dərinin daha sıx görünməsinə kömək edir və həmçinin qırışlardan qoruyur.

- Zeytun yağı və limon qarışığı yaraların daha tez sağalmasına kömək edir. Siz də bu yolla zədələnmiş nahiyədəki iltihabı aradan qaldıra bilərsiniz.

- Bütün faydalarından yararlanmaq üçün 1 xörək qaşığı zeytun yağına 8-10 damcı limon sıxmaq və bu qarışığı acqarına içmək kifayətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az