Hazırda marketlərdə satılan ərzaqların bir çoxunda dad və ətir artırıcı qida əlavələri var, bunlar isə orqanizmə mənfi təsir göstərir.
E-saglam.az zərərli qida əlavələri olan ərzaqların siyahısını təqdim edir:
Kolbasa və Sosis
Müasir kolbasa və sosislərin tərkibində xüsusi dad verici əlavələr olur. Buna görə də çalışın onlardan istifadə etməyəsiniz. Əgər kolbasa və sosisdən imtina etmək çətindirsə onları alanda üzərini oxuyun. Bəzi şirkətlər zərərli qida əlavəsi istifadə etmirlər, amma belə kolbasalar baha olur.
Marmelad
Marmeladın tərkibində süni boyalar istifadə edilir. Görünüşü gözəl olsa da onlar da sağlamlığa pis təsir göstərir.
Çips və suxarılar
Çips və suxarıların bir çoxunda xüsusi dad verici maddə istifadə edilir. Bu cür qidaların tərkibində çox sayda zərərli dadlandırıcılar olur.
Enerji içkiləri
Enerji içkilərində heç bir faydalı element yoxdur, ümumilikdə təxminən 20 qida əlavəsi olur.
Yumşaq, yaxılan pendirlər.
Tərkibindəki Qida əlavələrinin sayına görə bu məhsullar "liderlərdən" biridir.
Xəmir məmulatları
Bu məhsulları Qida əlavələri olmadan bişirmək nadir bir haldır. Bir kurasanın tərkibində 20-ə qədər qida əlavəsi olur.
Təcrübə göstərir ki, tərkibində zərərli qida əlavələri olan məhsullar əsasən kassa yaxınlığında və rəflərin ən görünüşlü yerlərində yerləşdirilir.
Çalışın tərkibi zərərli olan ərzaqlardan uzaq durasınız.