Qidalanma
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Qidalanma
8

Zəifliyə səbəb olan qidalanma vərdişləri açıqlanıb

Diyetoloq Valeska Nişida bəzi qidalanma vərdişlərinin gün ərzində enerji səviyyəsinin azalmasına və güclü yorğunluğa səbəb ola biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, Nişidanın sözlərinə görə, ən çox rast gəlinən yanlış vərdişlərdən biri yeməkləri tez-tez buraxmaqdır. Bu, enerji səviyyəsinin azalmasına və diqqəti cəmləməkdə çətinlik yaranmasına səbəb ola bilər.

Mütəxəssis ikinci problem kimi həddindən artıq şəkər qəbulunu göstərib. Onun sözlərinə görə, şəkərli qidalar qısa müddət ərzində enerji artımı yaratsa da, sonradan enerjinin sürətlə azalmasına və yorğunluq hissinə səbəb ola bilər.

Diyetoloq həmçinin qidalanmada müxtəlifliyin olmamasının da orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığına gətirib çıxara biləcəyini vurğulayıb. Eyni qidaları davamlı olaraq qəbul etmək orqanizmin ehtiyac duyduğu müxtəlif vitamin və mineralları kifayət qədər almasına mane ola bilər.

Nişida kifayət qədər su içməməyi də yorğunluğun mümkün səbəblərindən biri kimi qeyd edib. Susuzlaşma enerji səviyyəsinə və ümumi vəziyyətə mənfi təsir göstərə bilər.

Bundan əlavə, mütəxəssis ultra-emal olunmuş qidalarla zəngin pəhrizinböyük porsiyalarda, yüksək yağlı yeməklərin də gün ərzində ağırlıq və yorğunluq hissini artıra biləcəyini bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun