Tibbi xəbərlər
Zaur Əliyevə daha bir
Tibbi xəbərlər
505

Zaur Əliyevə daha bir vəzifə verildi

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.

E-saglam.az xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.

Baş tutmuş səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Qurumun sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.

E-saglam.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun