Tibbi xəbərlər
Zaur Əliyev: "Hazırda 3300-dən çox tibbi xidmətdən
Tibbi xəbərlər
439

Zaur Əliyev: "Hazırda 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ var"

Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3 300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.

E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

O qeyd edib ki, bu xidmətlərin sayı yeni başladıqda 1 600 idi: "Sığortadan əvvəl dövlətin səhiyyə sahəsinə xərclədiyi vəsait 750 milyon manat idisə, hazırda Fondun vəsaiti 3 milyard manata yaxınlaşır. Bizim əsas məqsədimiz heç kəsin kənarda qalmadan bu sığortalardan yararlanmasıdır. Məqsəd imkanı olmayan şəxslərin tibbi ehtiyacını qarşılamaqdır".(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun