Müasir beyin cərrahiyyəsinin banilərindən, mikroneyrocərrahiyyənin qurucusu Prof. Dr. Qazi Yaşargil 99 yaşında dünyasını dəyişib.
E-saglam.az xəbər verir ki, Türkiyənin və dünyanın tanınmış neyrocərrahı olan Yaşargil uzun illər elmi araşdırmaları, beynəlxalq uğurları və yetişdirdiyi tələbələrlə tibb dünyasına misilsiz töhfələr verib. O, elmi fəaliyyətinə görə "Əsrin Beyin Cərrahı" adına layiq görülmüşdü.
Səhiyyə naziri və Yeditəpə Universiteti onun vəfatı ilə bağlı başsağlığı verərək, Yaşargilin tibb elminə və insanlığa etdiyi xidmətləri yüksək qiymətləndiriblər.
Allah rəhmət eləsin!
Tərcümə: Könül Oruc