Yandex watch
Yuxusuzluqdan qurtulmağın

Klivlend Klinikasının Yuxu Pozğunluqları Mərkəzinin direktoru Mişel Drerup yuxusuzluqdan qurtulmağın qeyri-adi üsulunu açıqlayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə “El Economista”ya ekspert bildirib.

Drerup yuxusuzluğu aradan qaldırmaq üçün corabda yatmağı məsləhət görüb. Mütəxəssisin izah etdiyi kimi, bununla əlaqədar olaraq, qan aşağı ətraflarda cəmləşir, buna görə də orada temperatur yüksəlir, nəticədə bədənin qalan hissəsi soyuyur.

Eyni zamanda sağlam həyat tərzi üzrə ekspert Cessika Andrade qeyd edib ki, yaxşı yuxu olmadan ən sağlam vərdişlər belə orqanizmə müsbət təsir göstərməyəcək. O, nümunə kimi düzgün qidalanmağı göstərib. Gecə istirahətinizin keyfiyyəti zəif olarsa, bu, təsirsiz olacaq, çünki iştaha cavabdeh olan hormonlar nəzarətdən çıxacaq və bu, daimi yemək istəyinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az