Yandex watch
Yuxuda yıxılma hissi və əllərdə titrəmə

Parkinson xəstəliyi artıq yalnız yaşlıların problemi deyil. Son illər bu nevroloji xəstəlik gənclər arasında da yayılmağa başlayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, əllərdə titrəmə, hərəkətlərdə lənglik və əzələ sərtliyi Parkinsonun ilkin xəbərdaredici əlamətləri sayılır. Bu simptomlara ciddi yanaşmaq lazımdır.

Mərmərə Universitetindən nevroloq Dr. Hatice Ömercikoğlu Özden bildirir ki, xəstəlik bədənin yalnız bir tərəfində hərəkət məhdudiyyəti, təkrarlanan hərəkətlərdə çətinlik, kiçik hərfli əl yazısı, yavaş yerimə və üz mimikalarında azalma ilə müşahidə oluna bilər.

Parkinson sadəcə motor funksiyaları deyil, ümumi həyat keyfiyyətini də təsir edir. Qoxu itməsi, yuxu pozuntuları, qəbizlik, depressiya və unutqanlıq xəstəliyin digər əlamətləri arasındadır. Xüsusilə yuxuda qışqırma, yıxılma hissi və ya fiziki reaksiya ilə müşayiət olunan davranışlar varsa, bu da erkən diaqnoz üçün siqnal ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 25 ildə Parkinson diaqnozlarının sayı iki dəfə artıb. The BMJ-nin proqnozuna əsasən, 2050-ci ilə qədər bu rəqəm 25 milyonu keçə bilər.

Erkən mərhələdə aşkarlanan Parkinson xəstəliyinə qarşı daha təsirli müalicə mümkündür. Ona görə də yuxarıdakı simptomları hiss edən şəxslər nevroloqa müraciət etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az