Yuxu rejimini dərmansız bərpa etmək üçün
Yuxu rejimini dərmansız bərpa etmək üçün

Skandinaviya Sağlamlıq Mərkəzinin somnoloqu Natalya Zolotareva xəbərdarlıq edib ki, yuxusuzluq orqanizmə mənfi təsir göstərən ən böyük problemlərdən biridir.

E-saglam.az xəbər verir ki, o, "Lenta.ru" ilə söhbətində dərmansız yuxu rejimini bərpa etməyin sadə qaydalarını açıqlayıb.

Zolotarevanın sözlərinə görə, yuxunun dərin mərhələlərində insan orqanizmi müxtəlif hormonlar istehsal edir: melatonin, testosteron, leptin, kortizol, somatotrop hormon və s. Bədənin hərtərəfli yenilənməsi proqramını işə salırlar və həyati funksiyaları bərpa etmək üçün lazım olan maddələr mübadiləsini tənzimləyirlər.

Həkim vurğulayıb ki, yuxusuzluq şəkərli diabet, hipertoniya, piylənmə, immun çatışmazlığı, psixi pozğunluqların inkişaf riskini, yaşla bağlı xroniki xəstəliklərin şiddətinin artırır. 

O deyib ki, normal yuxu gigiyenası rejimin bərpasına kömək edəcəkdir: "Bunun üçün sadə qaydalara əməl etməlisiniz: ilk növbədə, günortadan sonra kofeinli içkilərin qəbulunu məhdudlaşdırın və yatmazdan əvvəl qəhvə içməyin, həmçinin ağır şam yeməyindən imtina edin. Yatmazdan iki-üç saat əvvəl yemək yeyin". 

Həmçinin, somnoloqun fikrincə, yuxu rejimini bərpa etmək üçün qadcetlərdən istifadəni minimuma endirmək lazımdır: "Parlaq ekran gündəlik rejimi tənzimləyən melatonin istehsalını azaldır. Bundan əlavə, otağı mütəmadi olaraq havalandırmaq lazımdır. Çünki təmiz hava ilə dolu sərin bir otaqda daha sürətli və daha sağlam yuxuya gedə bilərsiniz. Həmçinin, eyni vaxtda yatıb oyanmaq vacibdir. Həftə sonları daha çox yatmağa icazə verə bilərsiniz, ancaq iki saatdan çox olmamaq şərtilə".

Yuxusuzluqla mübarizə aparmaq üçün Zolotareva da sadə məsləhətlər verib. Təklif edib ki, melatonin qəbul etmək, yatmazdan bir neçə saat əvvəl işıqları söndürmək və lavanda kimi sakitləşdirici ev qoxularından istifadə etmək rahat yuxuya keçmənizə kömək edəcək.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az