
Yuxu zamanı bədən özünü bərpa edir, lakin yanlış duruş bu prosesi poza bilər. Onurğa sütununa qeyri-düzgün təzyiq bel və boyun ağrılarına, hətta uzunmüddətli skelet-əzələ problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mədə üstə yatmaq onurğa üçün ən zərərli mövqedir. Boyunun dönmüş vəziyyətdə qalması sinir sıxılmalarına və əzələ gərginliyinə yol aça bilər. Ən çox tövsiyə edilən mövqe isə arxa üstə yatmaqdır, xüsusilə bel altına yastıq qoyulduqda. Ancaq xoruldama və yuxu apnesi olanlara bu mövqe uyğun olmaya bilər.
Yan üstə yatmaq da əlverişli hesab olunur. Dizlərin bir az əyilməsi və araya yastıq qoyulması onurğa və çanağın düzülməsini dəstəkləyir. Amma çox qıvrılmış vəziyyət nəfəs almağı çətinləşdirə bilər.
Əgər yuxudan sonra sərtlik, bel və boyun ağrısı, yataqdan qalxmaqda çətinlik hiss edirsinizsə, bu, onurğa gərginliyinin əlaməti ola bilər. Belə hallarda MRT və ya rentgen görüntüləməsi ilə diaqnostika aparılır. Müalicəyə isə duruş təlimi, fizioterapiya, manual terapiya və zərurət olduqda dərman və ya invaziv müdaxilələr daxil ola bilər.
Sağlam onurğa üçün ilk addım düzgün yuxu mövqeyini tapmaqdır. Sadə dəyişikliklərlə belinizi qoruyub daha keyfiyyətli yuxu əldə edə bilərsiniz.
Tərcümə: Könül Oruc