Xəstəliklər
Yuxarı tənəffüs yollarının mikoplazmozu
Xəstəliklər

Yuxarı tənəffüs yollarının mikoplazmozu

Mikoplazmoz kəskin infeksion xəstəlik olub, özünü sidik-cinsiyyət və tənəffüs sistemi xəstəlikləri ilə biruzə verir.

Xəstəliyin əmələ gəlməsində Mikoplasma mikroorqanizmlərinin rolu böyükdür.

E-saglam.az xəbər verir ki, xəstəlik mikrob və mikrobgəzdirən insanlar tərəfindən yoluxur. Mikoplazma hava damcı yolu ilə burun vasitəsilə yoluxur. Yoluxduqda yuxarı tənəffüs yolunun infeksiya xəstəlikləri əlamətləri özünü göstərir. Bu ən çox yaz və payız aylarında baş verir. Xəstəliyə ən çox gənç adamlarda rast gəlinir. Bu zaman xəstələrdə qrip, paraqrip və pnevmoniya əlamətləri özünü biruzə verir.

Mikoplazmozun inkubasiya dövrü 4-8 gündür. Xəstəlik yoluxduqdan sonra bir müddət ərzində boğazda quruluq, burun tutulması, səsdə kallaşma baş verir. Daha sonra isə faringir, laringit, boronxit əlamətləri meydana çıxır. Xəstəlik dərinləşdikcə öskürmə başlayır. Öskürmə əvvəlcə quru sonra isə bəlğəmli olur. Xəstəlik 1-2 həftə davam edir.

Mikoplazma traxeya və bronxların epitel hüceyrələrinin zədələyir. Vaxtında və düzgün müalicə tədbirləri görülməsə, xəstəliyin müddəti uzana bilir.

Bunlardan başqa xəstələrdə aşağıdakı əlamətlər özünü göstərə bilir:

- halsızlıq

- baş ağrıları

- yüksək temperatur

- leykositoz

Xəstədə fiziki aktivliyin azalması, nəfəsalmada çətinləşmə baş verir. Xəstənin bəlğəmi qatı irinli möhtəviyyatlı olur, nadir hallarda plevranın zədələnməsi baş verə bilir. Bronxlardan möhtəviyyatın geri sorulması 3-4 həftə və daha çox vaxt apara bilir. Xəstənin qanında EÇS-nin miqdarı yüksəlir.

Xəstəlik uzun sürərsə, pnevmaniyaya çevrilə bilir./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun