Bəzi insanlar çiy yumurtanın daha dadlı və faydalı olduğunu bildirərək qəbul edirlər. Lakin çiy yumurtanın orqanizm üçün bir sıra zərərli xüsusiyyətləri vardır.
E-saglam.az xəbər verir ki, çiy yumurta bişmiş yumurta ilə müqayisədə daha tez-tez allergiyaya səbəb olur.
Çiy yumurta pis mənimsənilir. Əgər bişmiş yumurtanın 97%-i mənimsənilirsə, çiy yumurtanın yalnız 50%-i mənimsənilir.
Digər zərəri isə salmonella mikrobu ilə yoluxma riskidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər. Bişirilmə zamanı salmonella məhv olur.