"Yumurta dondurmanın gələcəyə təsiri" adlı görüş
"Yumurta dondurmanın gələcəyə təsiri" adlı görüş

Fevral ayının 3-də "Yumurta dondurmanın gələcəyə təsiri" adlı görüş keçirilib.

E-saglam.az xəbər verir ki, 50-dən çox şəxsin iştirak etdiyi görüş səhər yeməyi ilə başlayıb və daha sonra Süni Mayalanma və Yumurta Dondurulması üzrə uzman ginekoloq Emin Haqverdiyevin çıxışı ilə davam edib. Doktor bu mövzuya aid problemlərdən, eləcə də irsi xəstəliklərin qarşısını alaraq sağlam uşaq dünyaya gətirməyin yeni tibbi üsullarından danışıb. 

İş adamlarının da iştirak etdiyi görüşdə həkimlə iştirakçılar arasında sual-cavab təşkil olunub. İştirakçıların sualları cavablandırılıb. 

Daha sonra Medikal Estetik Həkim Günel Allahverdiyeva isə uşaqlıq boyu xəstəlikləri və eləcə də estetik həllərdən danışıb. Kök hüseyrə ilə bağlı mövzuya xüsusilə toxunub. Dolğu və botoksun gələcəkdə yarada biləcəyi fəsadlardan danışıb. 

Görüş Psixoloq Aytən Mirzəyevanın Qadın enerjisi ilə bağlı meditasiyası ilə sona çatıb.  

Könül Oruc

E-saglam.az