Xəstəliklər
Yüksək təzyiqi azaltmağa kömək edən
Xəstəliklər

Yüksək təzyiqi azaltmağa kömək edən effektiv məhsullar

Kardioloq, tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Bokeriya yüksək təzyiqi azaltmağa kömək edən bir neçə mövcud məhsulları sadaladı.

E-saglam.az xəbər verir ki, Bokeriya ilk növbədə hipertansif xəstələri nar və müxtəlif giləmeyvə yeməyə çağırıb.

O, bildirib ki, balıq və dəniz məhsulları, zeytun yağı, zeytun, yaşıl yarpaqlı tərəvəzlər, yəni Aralıq dənizi pəhrizinin əsasını təşkil edən qidalar da qan təzyiqindəki artımları idarə etməyə kömək edəcək: "Aralıq dənizi pəhrizi ürək-damar xəstəliklərinin, xərçəngin, neyrodegenerativ xəstəliklərin, piylənmənin, diabetin qarşısını alır, həmçinin gəncliyi və gözəlliyi qoruyur".

Bundan əlavə, kardioloq hipertoniya üçün faydalı qidalar siyahısına tünd şokolad, lobya, çuğundur, sarımsaq, eləcə də yağsız xam və ya sobada qurudulmuş toxumları (balqabaq, çia, günəbaxan, kətan) daxil edib.

Təkcə pəhriz deyil, sağlam yuxu, meditasiya və müntəzəm orta intensivlikdə fiziki fəaliyyət qan təzyiqini idarə etməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun