Tibbi xəbərlər
Yüksək qan təzyiqi olanlar BU XƏBƏRİ OXUSUNLAR -
Tibbi xəbərlər
319

Yüksək qan təzyiqi olanlar BU XƏBƏRİ OXUSUNLAR - Bəzi tərəvəzlər cəmi bir günə aşağı salır

"Edith Cowan Universiteti"nin ( Avstraliya ) alimləri qan təzyiqini azaltmaqda ən təsirli olan xaç ağacı tərəvəzlərinin - müxtəlif növ kələm, şalgam, arugula və ispanaq olduğunu müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "BMC Medicine" tibb jurnalında dərc olunub.

Tədqiqatda orta yaşı 68 olan 18 könüllü iştirak edib. Bütün iştirakçılar arterial hipertenziyadan əziyyət çəkirlər. Könüllülər onlar üçün seçilən pəhrizdən asılı olaraq iki qrupa bölünüblər. Birinci qrup qabaq, pomidor və kartof kimi müntəzəm tərəvəzlərin istehlakını artırıb, ikinci qrup isə yalnız xaç ağacı tərəvəzləri yeməyə diqqət yetirib.

Nəticələr göstərib ki, xaç ağacı tərəvəzləri yeyən insanlar təcrübənin başlanmasından cəmi bir gün sonra qan təzyiqinin əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Hipertoniyaya qarşı ən təsirli "mübarizələr" kələmin müxtəlif növləri (ağ kələm, gül kələm, Çin kələmi, Brüssel kələmi, kolrabi, brokoli), şalgam, rukkola, ispanaq, turp və vəzəri olub. Müntəzəm tərəvəz yeyən digər qrupda qan təzyiqində ciddi dəyişiklik müşahidə olunmayıb.

© publika.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun