Tibbi xəbərlər
Yorğunluq, ağrı və göyərmələr
Tibbi xəbərlər

Yorğunluq, ağrı və göyərmələr nədən xəbər verir?

Qidalanma mütəxəssisi Соfi Trotman C vitamini çatışmazlığının nəticələrindən danışıb.

E-saglam.az championat.com-a istinadən xəbər veirr ki, C vitamininin çatışmazlığı yorğunluq, əsəbilik, əzələ və oynaq ağrıları, quru dəri, tez-tez göyərmələrin meydana çıxması və yaraların yavaş sağalması kimi bir sıra xoşagəlməz simptomlara səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, müasir pəhriz, çox vaxt emal edilmiş məhsullarla zəngin olmasına baxmayaraq, kifayət qədər C vitamini təmin etmir və bu vəziyyəti daha da ağırlaşdırır. Bu qida maddəsinin çatışmazlığı, anemiyaya, zəifləmiş immunitetə və diş ətlərinin ağır zədələnməsinə səbəb ola bilər.

C vitamininin ehtiyatlarını doldurmaq üçün Соfi Trotman pəhrizə sitrus meyvələri, bolqar bibəri, çiyələk və yaşıl yarpaqlı tərəvəzlər kimi bu vitaminlə zəngin olan qidaları daxil etməyi tövsiyə edir. Tərəvəzlərin düzgün istilik emalı, məsələn, buxarda bişirilməsi də qiymətli qida maddələrini qoruyur. (oxu.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun