Yandex watch
Yeni nəsil ağıllı kapsul gündəlik dərman istifadəsini

UC San Diego-da hazırlanmış yeni nəsil ağıllı kapsul texnologiyası bir həb vasitəsilə gün ərzində bir neçə dozada dərmanı orqanizmə buraxmaq imkanına malikdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu texnologiya, xüsusilə xroniki xəstəliklərin müalicəsində dərman qəbulunun daha dəqiq və nəzarətli həyata keçirilməsi baxımından mühüm yenilik hesab olunur.

Proqressiv buraxılma texnologiyası ilə tam nəzarətli müalicə

Bu innovativ kapsullar günün müxtəlif vaxtlarında müxtəlif dərmanların tədricən buraxılmasını təmin edir. Hər kapsul bir neçə bölmədən ibarətdir və bu bölmələr fərqli qalınlıqdakı pH-həssas polimer maneələrlə ayrılıb. Bu struktur sayəsində dərmanlar yalnız müəyyən vaxtda və düzgün həzm mərhələsində sərbəst buraxılır.

Kapsulun bitki selülozu ilə örtülmüş xarici səthi onun mədə mühitində həll olunmasına şərait yaradır və dərmanın ilk dozasını dərhal aktivləşdirir. Daxildəki maqnezium hissəcikləri həm ilk dozanın yayılmasını asanlaşdırır, həm də mədə turşusunu balanslaşdıraraq növbəti buraxılma mərhələlərinə keçidi tənzimləyir. Beləliklə, pasiyent yalnız bir həb qəbul etməklə bütün gün ərzində planlı dərman müalicəsini davam etdirə bilər.

Yaşlı və unutqan xəstələr üçün əhəmiyyətli üstünlük

Bu texnologiya xüsusilə yaşlılarkoqnitiv problemləri olan xəstələr üçün böyük rahatlıq yaradır. Kapsul sistemi dərman qəbulunu unutma hallarını minimuma endirir və müalicəyə uyğunluğu artırır, bu da səhvlə doza buraxma riskini aradan qaldırmağa kömək edir.

Yeni dövrün müalicə üsulu yoldadır

Hazırda tədqiqat qrupu bu kapsulun canlı orqanizmlər üzərində effektivliyini sınaqdan keçirməyə hazırlaşır. Eyni zamanda, 24 saatdan uzun təsir müddətinə malik və həzm sisteminin daha dərin hissələrində dərman buraxa biləcək inkişaf etmiş versiyalar üzərində işlər davam edir.

Bu ağıllı sistem, təkcə xəstələrin gündəlik həyatını asanlaşdırmaqla kifayətlənmir, həm də dərman müalicəsinin effektivliyini və davamlılığını optimallaşdırmaq baxımından böyük potensiala malikdir.

Tərcümə: Könül Oruc

E-saglam.az