Tibbi xəbərlər
Yeni Klinikaya yeni direktor müavini
Tibbi xəbərlər
629

Yeni Klinikaya yeni direktor müavini TƏYİN olundu

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.

E-saglam.az xəbər verir ki, dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlı - Ravil Tağıyev tibb müəssisəsinin iqtisadi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, 1997-2001-ci illərdə Türkiyənin Konya şəhəri, Səlcuk Universitetində menecment üzrə bakalavr təhsili alan Ravil Tağıyev 2001-2005-ci illərdə Ankara Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. 2005-ci ildən Ankara Qazi Universitetinin (Ankara Hacı Bayram Veli Universiteti) doktorantı olan Ravil Tağıyev əmək fəaliyyətinə 2008-ci ildə Ankarada, Universitet xəstəxanasında başlayıb. 2011-ci ildə o, Azərbaycana qayıdaraq 2024-cü ilin fevral ayına qədər Modern Hospitalda icraçı direktor olaraq fəaliyyət göstərib.

Ravil Tağıyev hazırda Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycanda və xaricdə bir çox məqalələri yayımlanan Ravil Tağıyev eyni zamanda 4 dissertasiya işinin rəhbəridir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun