TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində Doğum şöbəsi fəaliyyətə başlayıb.
E-saglam.az-ın məlumatına görə, 3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbədə artıq təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.
Qeyd edək ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı Yeni Klinikaya müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən tam təmənnasız yararlana bilərlər.