Tibbi xəbərlər
Yeni Klinikada riskli doğuş uğurla həyata keçirilib -
Tibbi xəbərlər
304

Yeni Klinikada riskli doğuş uğurla həyata keçirilib - FOTOLAR

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Mama-ginekologiya şöbəsində həyata keçirilən riskli doğuş uğurla nəticələnib.

Yeni Klinikadan E-saglam.az-a verilən məlumata görə, ana ölümünün əsas səbəblərindən olan venoz tromboemboliyadan əziyyət çəkən (VTE) hamilə pasiyent təbii doğuşa alınaraq sağlam şəkildə ana olub.

Riskli hamiləlik keçirən pasiyent aşağı ətraflarında dərin venoz trombozu diqnozu ilə Balakən rayonundan Yeni Klinikaya yönləndirilib. Hamiləliyin nəzarəti və uşağın sağlamlığı nəzərə alınaraq pasiyent süni sancı ilə doğuşa alınıb. Zahılıq dönəmində trombozun müalicəsi zamanı qanaxma riski ilə üz-üzə qalan xəstə Mama-ginekologiya şöbəsinin müdiri Uzm. Dr Vüsalə Əzizova və komandasının uğurlu müalicəsi sayəsində sağlam şəkildə evə yazılıb.

Məlumat üçün bildirək ki, hamiləlik dərin venaların və pulmonar emboliyanın inkişafı üçün bir riskdir. Venoz tromboemboliya təbii doğuşla müqayisədə qeysəriyyə əməliyyatı zamanı daha çox müşahidə olunur.

Xatırladaq ki, Yeni Klinikanın Mama-Ginekologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.

FOTOLAR

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun