Tibbi xəbərlər
Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı + FOTOLAR
Tibbi xəbərlər
268

Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı + FOTOLAR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə Yeni Klinikanın Şöbə müdiri Nuridə Allahyarova məlumat verib. 

Belə ki, şöbədə artıq 2 noyabr tarixində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk qeysəriyyə əməliyyatı həyata keçirilib.

Otuz doqquzuncu həftəsində dünyaya gələn körpə və ana artıq evə yazılıb.

Qeyd edək ki, 3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbə hamilə pasiyentlərin qəbuluna başlayıb.

Xatırladaq ki, 6 iyun 2022- ci il tarixindən icbari tibbi sığortanın tətbiq edildiyi Yeni Klinikaya hər bir Azərbaycan Respublikasının vətəndaşı müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən yararlana bilərlər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun