Tibbi xəbərlər
Yeni klinikada daha bir ağır əməliyyat uğurla icra edildi
Tibbi xəbərlər
812

Yeni klinikada daha bir ağır əməliyyat uğurla icra edildi

Yeni Klinikanın Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində eyni anda həm mitral qapaq, həm də aorta qapağın mexanik protez qapaqla dəyişdirilməsi əməliyyatı icra edilib.

E-saglam.az xəbər verir ki, klinikaya ciddi təngnəfəslik, boğulma şikayətləri ilə müraciət etmiş 47 yaşlı kişi xəstənin ürəyinin iki qapağında (aortal və mitral) ciddi çatışmazlıq aşkarlanıb.

İlkin müayinələrdən sonra stasionar şöbəyə qəbul edilən xəstənin müalicəsinə başlanılıb. Xəstəni ətraflı müayinə edən ürək-damar cərrahları tərəfindən əməliyyat qərarı verilib.

Eyni anda ürək üzərində 2 mürəkkəb əməliyyat planlanan xəstədə ürək-damar cərrahları Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən həm mitral qapaq, həm də aorta qapaq mexanik protez qapaqla dəyişdirilib.

Uğurlu əməliyyat sonrası 2 gün Reanimasiya şöbəsində diqqətdə saxlanılan xəstə 6 günlük stasionar müalicədən sonra ambulator müalicə üçün evə yazılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun