Tibbi xəbərlər
Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur
Tibbi xəbərlər
216

Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur

İlkin mərhələdə Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur.

E-saglam.az xəbər verir ki, bunu "Report"un sualına cavabında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıqlar gedir: "İlkin mərhələdə 25 xəstəlik çarpayı fondu olan şöbə nəzərdə tutulub. Sonradan sayın artırılması mümkün olacaq. Xatırladım ki, sümük iliyi köçürülməsi icra olunan pasiyent tam steril şəraitdə olmalıdır. Bu istiqamətdə beynəlxalq ekspertlərlə, əməliyyatı icra edən dünyanın ən qabaqcıl tibb müəssisələri ilə danışıqlar aparır, təcrübələrini öyrənirik".

O qeyd edib ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə həm onların, həm də TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan bir qrup həkim, eləcə də orta tibb işçisinin bu istiqamətdə biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlərə göndərilməsi həyata keçirilir: "Onlardan bir qrupu artıq təlimlərə cəlb edilib, digər bir qrupun da gələn il təlimlərə cəlb edilməsi gözlənilir. Çox güman gələn il Yeni Klinikada ilk sümük iliyi transplantasiyası həyata keçiriləcək".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun