Tibbi xəbərlər
Yeni ildə düzgün şəkildə necə qidalanaq? -
Tibbi xəbərlər
212

Yeni ildə düzgün şəkildə necə qidalanaq? - Qida eksperti danışır

Yeni ildə düzgün şəkildə necə qidalanaq?

Mövzu ilə bağlı E-saglam.az-a Qida eksperti Fərid Səfərov danışıb. 

Yeməklərinizi balanslı şəkildə planlaşdırın

Yeməyə bütün qida qruplarını daxil etməyə çalışın, yəni, yeməkləriniz zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallardan ibarət olsun. Böyük porsiyalarla yeməyin.

Fərqli ləzzətləri sınamaq istəyirsinizsə, az miqdarda qəbul etməklə tarazlığa nail ola bilərsiniz.

Bol su için

Yeni il ərəfəsində spirtli içkilərin və duzlu qəlyanaltıların istehlakı arta bilər. Odur ki, bol su içməyi unutmayın. Spirtli içkilər bədəndə susuzluğa səbəb olur.

Qida rasionunuza tərəvəzləri daxil edin.

Menyuya rəngli tərəvəzlər daxil edin. Buxarda bişirərək həm dad, həm də vitamin tərkibini qoruyub saxlaya bilərsiniz. Bu vitamin və lif qəbulunu artıra bilər.

Zülalla zəngin qidalanın

Menyuya ət, toyuq, balıq və yumurta kimi zülal mənbələrini daxil edin. Bu toxluq hissini artırır və əzələ sağlamlığınız üçün də vacibdir.

Şirniyyat istehlakına diqqət yetirin

Həddindən artıq şirniyyat qəbul etməyin. Desert alternativləri meyvə, qurudulmuş meyvə və ya az şəkərli desertlər ola bilər.

Yavaş-yavaş yeyin

Yeməklərinizi yavaş-yavaş yemək həzm prosesini yaxşılaşdıra və toxluq hissini artıra bilər.

Qəlyanaltılara diqqət yetirin

Yeni il ərəfəsində tez-tez istehlak edilə bilən qəlyanaltılar ümumiyyətlə, yüksək kalorili və şəkərlidir.  Bu səbəbdən qovrulmamış qoz-fındıqlara üstünlük verilməlidir. Təzə meyvə və ya tərəvəz kimi daha sağlam qəlyanaltılar üstünlük təşkil etməlidir.

Fiziki aktivliyi qorumaq lazımdır

Yeməkdən sonra mütləq qısa bir gəzintiyə çıxmalısınız. Gəzinti həzmi sürətləndirir və əhval-ruhiyyəni yüksəldir.

Yeni ilin ilk günü

Yeni il gecəsi yuxusuz qalmısınızsa növbəti gün kifayət qədər yuxu əldə edilməlidir. Yüngül səhər yeməyinə üstünlük verilməlidir. Gündəlik idman və gəzintilər davam etdirilməlidir. Yemək zamanı tərəvəz yeməkləri və bol maye qəbul edərək maddələr mübadiləsini tənzimləyə bilərsiniz". 

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun