Tibbi xəbərlər
Yeməkdən sonra sadə bir vərdiş qan şəkərinin
Tibbi xəbərlər
185

Yeməkdən sonra sadə bir vərdiş qan şəkərinin yüksəlməsini ləngidə bilər

Yüksək qan şəkəri qan damarlarının zədələnməsinə səbəb olur və bu da ciddi sağlamlıq problemlərinə səbəb olur. Bununla belə, ABŞ-dakı Klivlend Klinikasından diabet mütəxəssisi Şennon Knappın fikrincə, yeməkdən sonra sadə bir vərdiş müvafiq rəqəmlərin artımını ləngidə bilər.

E-saglam.az xəbər verir ki, söhbət qısa gəzintilərdən gedir. Tədqiqatlar göstərir ki, cəmi iki-beş dəqiqəlik gəzinti qan şəkərinin səviyyəsini bir qədər aşağı sala bilər.

Şannon Knapp deyir ki, idman bir neçə dəqiqə ərzində qan şəkərinin səviyyəsinə təsir edir və zamanla müntəzəm fiziki fəaliyyət orqanizmin insulindən daha səmərəli istifadə etməsinə kömək edə bilər. İdmanla yanaşı, pəhriz və azaldılmış stress səviyyəsi qan şəkərinin səviyyəsinə müsbət təsir göstərir.

Şəkərli diabetiniz varsa, qan şəkərinizin səviyyəsini hədəf aralığında saxlamaq üçün sağlam vərdişlər vacibdir. Bu, qan şəkərinizi tənzimləmək üçün dərman qəbul etsəniz belə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun