Tibbi xəbərlər
Yaz yorğunluğunu aradan qaldırmaq üçün
Tibbi xəbərlər

Yaz yorğunluğunu aradan qaldırmaq üçün hansı testlərdən keçməlisiniz?

Baharın gəlişi bəziləri üçün canlanma ilə yanaşı, yorğunluq və halsızlıqla müşayiət oluna bilər. Ancaq bu hal 4-6 həftədən uzun çəkirsə, bədəniniz sizə başqa bir problemin siqnalını verir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin vitamin çatışmazlığı, anemiya və ya tiroid pozğunluğu ilə əlaqəli ola biləcəyini bildirirlər.

Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Mert Bektaş deyir ki, yaz yorğunluğu əksər hallarda mövsümi keçidlə bağlıdır. Lakin uzun müddət davam edərsə, əsas səbəb kimi B12, D vitamini və dəmir çatışmazlığı, həmçinin qalxanabənzər vəzi funksiyalarına baxmaq lazımdır. Bu faktorlar qan testləri ilə asanlıqla aşkarlana bilər.

Yorğunluğun səbəbini tapmaq üçün əsas testlər:

  • B12 vitamini testi

  • D vitamini səviyyəsi

  • Dəmir və ferritin göstəriciləri

  • Tiroid hormonları (TSH, T3, T4)

Dr. Bektaş həmçinin pəhrizdə antioksidantlarla zəngin meyvə və tərəvəzlərin, omeqa-3 yağ turşuları olan məhsulların (qızılbalıq, çia, qoz) və probiotiklərin istifadəsini tövsiyə edir. Dəmir və maqneziumla zəngin qidalar da enerji və əzələ funksiyası üçün vacibdir.

Yuxu və fiziki aktivlik də unudulmamalıdır. Gündə 7-8 saat keyfiyyətli yuxu və müntəzəm yüngül məşqlər — xüsusilə yoqa və pilates — həm fiziki, həm də zehni rahatlıq verir.

Əgər yorğunluğunuz bir aydan çox davam edirsə, sadəcə “yaz yorğunluğu” deyib keçməyin. Qan analizləri ilə səbəb müəyyən olunmalı və vaxtında müdaxilə edilməlidir. Bədəninizə qulaq asın — enerjili bahar onunla başlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun