Faydalı
Yayda zədələnən dərini təravətləndirin
Faydalı

Yayda zədələnən dərini təravətləndirin

Yayın isti keçməsi və koronavirusa görə daim maska taxmaq üz dərisinin təravətini itirir. Buna görə də dəri əvvəlkindən daha çox qulluq tələb edir.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, dəriyə qulluğa qidalanma ilə başlamaq məsləhətdir.

Gün ərzində hər zaman məsləhət görüldüyü kimi bol su için. Sağlamlığın 60 faizi su vasitəsilə bərpa olunur. Eyni zamanda su vasitəsilə dəri nəmlənir və təravətli görünür.

Tərkibində C vitamini olan qidalar çox yeyin. C vitamini kollageni zənginləşdirir, bu da dəri cavanlığına müsbət təsir edir. Dərini qocaldan vasitələrin qarşısını alır. Gənc, sağlam, parıltılı dəri üçün C vitamini mütləqdir.

Həftədə 2 dəfə balıq yeyin. Quruyan, qabıq verən dəri üçün xeyirlidir. Omeqa 3 baxım üçün ən önəmli vasitələrdəndir.

Tərkibində E vitamini olan qidalar süfrənizdə mütləq olsun. Dərini günəşin zərərli şüalarından qoruyur. Dəridəki qızartıları, ləkələri təmizləyir.

Gündə 2 fincan yaşıl çay için. Tərkibindəki C və E vitamini zəngindir.

D vitamini tükətməyi unutmayın. Dərinin elastikliyini artırır./axşam.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun