Qidalanma
Yayda həddindən artıq dondurma istəyi
Qidalanma
99

Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?

Yayda dondurma və soyuq şirin içkilər istinin öhdəsindən gəlməyə kömək edirmiş kimi görünür. Lakin mütəxəssislərə görə, bu vərdiş gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.

diyetoloq Xristina Nikiforova izah edir ki, həddindən artıq dondurma istehlakı dərinin qocalmasını sürətləndirir. Şəkərlə zəngin qidalar qlükoza səviyyəsini sürətlə artırır, insulin ifrazını stimullaşdırır və beyində serotonin sintezini müvəqqəti olaraq aktivləşdirir. Nəticədə dəri elastikliyini itirir, solğun və şişkin görünməyə başlayır.

Bundan əlavə, mütəxəssis qeyd edir ki, şirniyyat istehlakı zamanı bədən maqnezium və xrom itirir - bu minerallar hüceyrələrin insulinə həssaslığından məsuldur. Onların çatışmazlığı isə sürətli karbohidratlara olan istəyi daha da artırır.

Günəş və şirniyyatların birləşməsi dəridə stressi artırır. Lakin mütəxəssisə görə, əsas təhlükə qlikasiya prosesidir - şəkərin zülallarla birləşərək dəri kollagenini zədələməsidir.

Nikiforova dondurma istehlakı üçün bir neçə sadə qayda tövsiyə edir. Adi dondurma əvəzinə tam yağlı dondurma seçmək daha yaxşıdır - yağ şəkərin udulmasını yavaşladır və insulinin kəskin artmasının qarşısını alır. Dondurmanı günün ilk yarısında yemək daha məqsədəuyğundur, çünki bu zaman fermentativ aktivlik daha yüksəkdir. Şərbət, mürəbbə və ya vafli kimi əlavə karbohidrat mənbələrindən isə çəkinmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun