Tibbi xəbərlər
Yayda burun qanaması halları artır:
Tibbi xəbərlər
171

Yayda burun qanaması halları artır: Qarşısını necə alaq?

İsti yay günlərində burun qanamaları daha tez-tez baş verə bilər. Havanın quruluğu, yüksək temperatur və bəzən yüksək qan təzyiqi bu vəziyyəti daha da artırır.

E-saglam.az xəbər verir ki, aşağıdakılara diqqət etməklə riskləri azaltmaq mümkündür:

Burun içini nəmli saxlamaq vacibdir. Havanın quru olduğu yerlərdə burun tez quruyur və bu, damarların partlamasına səbəb ola bilər. Duzlu burun spreyləri və ya evdə istifadə olunan nəmləndiricilərdən faydalanmaq olar.

Əgər tez-tez burnunuz qanayırsa, isti havalarda günəş altında çox qalmamaq və birbaşa günəş şüasından qorunmaq tövsiyə olunur. Günorta saatlarında çölə çıxmaqdan çəkinin.

Başınızı tez-tez aşağı salmaq, ağır yük qaldırmaq və ya ani əyilmələr də burundakı damar gərginliyini artıra bilər. Xüsusilə uşaqlarda və yaşlılarda buna diqqət yetirmək vacibdir.

Əgər burnunuz qanayırsa, başınızı arxaya deyil, önə əyərək burnun yumşaq hissəsini 5-10 dəqiqə sıxmaq lazımdır. Bu müddətdə ağızdan nəfəs alın və sakit olun.

Əgər burun qanamaları tez-tez təkrarlanırsa, qan durulaşdırıcı dərman istifadə edirsinizsə və ya qanaxma 15 dəqiqədən çox davam edirsə, mütləq həkimə müraciət edilməlidir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun