Sağlamlıq
Yaxınlıq etdikdən sonra tualetə gedin -
Sağlamlıq
564

Yaxınlıq etdikdən sonra tualetə gedin - bu xəstəlikdən qoruyur

Yaxınlıqdan sonra tualetə getmək lazımdır.

E-saglam.az xəbər verir ki, mütəxəssis Sultan Dacani bunun niyə bu qədər vacib olduğunu izah etdi.

Mütəxəssisin fikrincə, cinsi əlaqədən sonra sidiyə çıxmaq sistitdən qoruya bilər. Sidik kisəsini təsir edən bu sidik yolları infeksiyası sidik ifrazı zamanı ağrı, tez-tez tualetə getməyə çağırış, ümumi halsızlıq və hərarətin yüksəlməsinə səbəb olur.

Sistitin 90%-i düz bağırsaqdan gələn bakteriyalardan qaynaqlandığı üçün cinsi hərəkətlər bu bakteriyaların uretradan yuxarı sidik kisəsinə keçməsinə kömək edir. Yaxınlıq zamanı hərəkət də sidik kanalının zədələnməsinə səbəb ola bilər və hətta bu kiçik zədə bakteriyaların çoxalmasına və sidik kanalının və sidik kisəsinin infeksiyasına səbəb ola bilər.

Mütəxəssis həmçinin nəmli qalmağı tövsiyə edir. Seksdən sonra o, böyük bir stəkan su içməyi tövsiyə edir, çünki bu, sidik axını artırır və bakteriyaların sidik yollarına yapışmasını dayandırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun