Yandex watch
Yavaş-yavaş irəliləyir, ilk simptomları

Ürək xəstəlikləri, vaxtında fərq edilməyən və ya ciddiyə alınmayan əlamətlər səbəbindən yavaş irəliləyən və ciddi nəticələrə yol aça bilən xəstəliklər sırasındadır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, İngiltərədəki Spire Bushey Xəstəxanasının kardioloqu Dr. Ameet Bhakai ürək sağlamlığına dair diqqət etməli olduğumuz kritik simptomları vurğulayır. O, idmandan sonra həddindən artıq tərləmə, ayaqlarda şişkinlik, sinə ağrısı ilə ürək bulanması, səhər yorğun oyanmaq, ayağa qalxmaqda çətinlik, qəfil başgicəllənmə və ya pilləkənləri çıxarkən nəfəs darlığını diqqətə alınması lazım olan əlamətlər kimi qeyd edir.

Bir araşdırmaya görə, iştirakçıların 54%-i bu simptomların ürək sağlamlığı ilə əlaqəli ola biləcəyini düşünməyib. Halbuki, sağlam bir insanın heç bir narahatlıq olmadan iki pilləkən çıxması gözlənilir.

Doktor Bhakai, ürək sağlamlığına dair siqnalların nəzərə alınmamasını, insanların avtomobillərindəki rutin yoxlamalarla müqayisə edərək, ürəyin optimal işləmədiyini göstərən əlamətlərə laqeyd yanaşmalarını qeyd edir. Hər yaşda ürək xəstəlikləri riski olduğunu vurğulayan Bhakai, xüsusilə Covid-19 sonrası dövrdə bu riski artıran mioperikardit kimi xəstəliklərin bütün yaş qruplarını təsir edə biləcəyinə diqqət çəkir.

Ürək sağlamlığınızla bağlı hər hansı bir simptomla qarşılaşırsınızsa, gecikmədən mütəxəssisə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az