
Yaş artdıqca bədəndə müəyyən dəyişikliklər baş versə də, düzgün qidalanma, müntəzəm idman və sağlam həyat tərzi ilə formada qalmaq mümkündür.

E-saglam.az xəbər verir ki, mütəxəssislər qocalma prosesində fiziki və psixi sağlamlığın qorunmasının vacibliyini vurğulayırlar.
Yaşlandıqca əzələ itkisi və elastiklik azalır. Müntəzəm fiziki fəaliyyət əzələ kütləsini qorumağa və oynaqların sağlamlığını dəstəkləməyə kömək edir. Həftədə ən azı 150 dəqiqə gəzinti, üzgüçülük və ya yüngül kardio məşqləri faydalıdır.
Güc məşqləri: Ağırlıq qaldırmaq və ya bədən çəkisi ilə edilən məşqlər sümük sıxlığını artıraraq osteoporoz riskini azaldır.
Elastiklik və tarazlıq məşqləri: Yoqa və pilates bədən tarazlığını qoruyur və yıxılma riskini azaldır.
Maddələr mübadiləsi yaşla birlikdə yavaşlayır, buna görə də düzgün qidalanma vacibdir. Sağlam qida seçimi xroniki xəstəliklərin qarşısını almağa kömək edir.
Zülal istehlakı: Əzələ itkisini azaltmaq üçün balıq, toyuq, yumurta, paxlalılar və süd məhsulları kimi protein mənbələrindən istifadə edilməlidir.
Antioksidantlar: C və E vitaminləri ilə zəngin qidalar hüceyrələrin yaşlanmasını ləngidir.
Su istehlakı: Gündəlik kifayət qədər su içmək bədənin nəm balansını qorumağa kömək edir.
Keyfiyyətli Yuxu
Yaxşı yuxu immun sistemini gücləndirir və orqanizmin bərpasına kömək edir. Yaş artdıqca yuxu problemləri arta bilər, buna görə də müəyyən rejimə riayət etmək vacibdir.
Daimi yuxu saatları: Hər gün eyni saatda yatıb oyanmaq bədənin bioloji ritmini qoruyur.
Ekran vaxtının azaldılması: Yatmazdan əvvəl telefon və ya televizor istifadəsi yuxu keyfiyyətini aşağı sala bilər.
Zehni və sosial aktivliklər
Ağılı aktiv saxlamaq koqnitiv zəifləmənin qarşısını alır. Kitab oxumaq, bulmacalar həll etmək və ya yeni bir dil öyrənmək beyin funksiyalarını gücləndirir.
Sosial əlaqələr: Ailə və dostlarla ünsiyyətdə olmaq psixi sağlamlığa müsbət təsir göstərir.
Yeni hobbilər: Rəsm çəkmək, musiqi ilə məşğul olmaq və ya bağçılıq stressi azaltmağa və zehni aktivliyə kömək edir.
Stressin idarə edilməsi və müsbət baxış
Xroniki stress müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Meditasiya, nəfəs məşqləri və təbiətdə vaxt keçirmək stressi azaltmağa kömək edir. Həyata müsbət baxış yaşlanmanı sağlam və rahat keçirməyə dəstək olur.
Tərcümə: Könül Oruc