Tibbi xəbərlər
Yaşıl bağçası olanların bu xəstəliyə tutulma riski aşağıdır -
Tibbi xəbərlər
203

Yaşıl bağçası olanların bu xəstəliyə tutulma riski aşağıdır - ALİMLƏRİN ARAŞDIRMASI

Yaşıl bağçası olan insanların bu xəstəliyə tutulma riski aşağıdır.

Bağçaya sahib olmaq və çox adamı olan bir məhəllədə yaşamaq insult və ya demans riskini azaldır. 

E-saglam.az-ın məlumatına görə, tədqiqatlar göstərir ki, yaşıl mühitdə olmaq, çiçəklərə və ağaclara baxmaq hər mənada insan sağlamlığına müsbət təsir edir. Yeni bir araşdırma göstərir ki, yaşıl bir məhəllədə yaşamaq insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Orta yaşı 55 olan 420 min ingilis üzərində edilən araşdırmaya görə, bağlara və ya yaşıl sahələrə çıxışı olan insanlarda demensiyanın inkişafı ehtimalı 13 faiz azdır.

Tədqiqatçılar insult, demensiya və ölümlə bağlı 12 illik sağlamlıq məlumatlarını araşdırıb və onları insanların evlərindən 300 metr məsafədə yaşıl sahələrin yaxınlığı ilə müqayisə ediblər.

Bu müddət ərzində 8568 nəfərə insult, 5648 nəfərdə demensiya diaqnozu qoyulub. Bəzilərində insultdan sonra demensiya da yaranıb.

Araşdırmada ən çox yaşıl sahəyə sahib olanlar insult keçirmə ehtimalı 8 faiz daha az olmaqla ən aşağı riskə sahib olduqları sübuta yetirilib. Araşdırmalara görə, ağaclar və digər bitkilər hava çirkliliyini udmaq və süzməklə depressiyanı azalda bilər və açıq hava fəaliyyətini dəstəkləməklə insult riskini azalda bilər.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun