Yaşı 40-dan yuxarı olanların nəzərinə!
Yaşı 40-dan yuxarı olanların nəzərinə!

Cəmiyyətdə tez-tez rast gəlinən bel ağrıları adətən düzgün olmayan duruş və əzələ gərginliyindən yaranır. Lakin bu ağrıların yalnız 5%-i disk yırtığı ilə əlaqədardır.

E-saglam.az xəbər verir ki, Memorial Antalya Xəstəxanası Fizika Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Ayşe Yener bel sağlamlığını qorumağın yolları ilə bağlı əhəmiyyətli xəbərdarlıqlar edib.

Həyat keyfiyyətinizi yaxşılaşdırmaq üçün bel sağlamlığınızı qorumaq üçün qızıl qaydalar...

40 yaşından yuxarı insanlarda daha çox rast gəlinir

Bel ağrısı xüsusilə 40 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Dr. Yener, bu yaş qrupunda olan hər 10 nəfərdən 8-nin bel ağrısı yaşadığını, lakin bir çox xəstənin bu vəziyyətə laqeyd yanaşdığını bildirib: “Belin gərginliyi və duruş pozğunluqları bel əzələlərini, bağları və oynaqları zədələyərək ağrıya səbəb olur. Bu tip ağrılar fiziki fəaliyyətlə artsa da, istirahətlə azalır”, o əlavə edib.

Disk yırtığına nə səbəb olur? Yırtıq disk ağrısı üçün nə yaxşıdır?

Dr. Yener bildirib ki, disk yırtığı cəmiyyətdə tez-tez narahatlıq doğursa da, hər bel ağrısı yırtıq əlaməti deyil: “Disk yırtığında hiss edilən ağrı adətən tədricən inkişaf edir və ayaqda uyuşma, karıncalanma və zəiflik kimi əlamətlərlə özünü göstərə bilər. Halbuki bel ağrılarının yalnız 5 faizi bu səbəbdən qaynaqlanır".

Bel sağlamlığınızı qorumaq üçün məsləhətlər

Bel sağlamlığınızı qorumağın ən təsirli yollarına düzgün duruşun qorunması, ağır yüklərdən qaçınmaq və müntəzəm məşq daxildir. Mütəxəssis Dr. Yener hündürdaban ayaqqabılardan qaçınmağın, kompüter qarşısında erqonomik duruşun və düzgün yatmağın bel sağlamlığını dəstəklədiyini bildirib. O, müntəzəm idman edərək əzələləri gücləndirməyin vacibliyinə də diqqət çəkib.

Tərcümə: Könül Oruc

E-saglam.az