Tibbi xəbərlər
Yarım milyondan çox vergi borcu yığılan
Tibbi xəbərlər
241

Yarım milyondan çox vergi borcu yığılan klinika cərimələndi

“Regional Hospital” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

E-saglam.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq ednilib, yəni cərimə kəsilib. 

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Şirkətin bununla yanaşı külli miqdarda vergi borcu yaranıb, MMC-nin hazırda vergi borcunun miqdarı 555 945 manat təşkil edir.

Qeyd edək ki, "Regional Hospital" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Eldəniz Mübariz oğlu Daşdəmirovdur. (iqtisadiyyat.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun