Yarasalardan keçən yeni virus: Koronavirusdan daha
Yarasalardan keçən yeni virus: Koronavirusdan daha

Hindistanın Kerala əyalətində səhiyyə rəsmiləri tərəfindən verilən açıqlamada, 14 yaşlı bir uşağın Nipah virusu (NiV) səbəbiylə öldüyü açıqlanıb. Nipah virusunun yüksək ölüm nisbətinə malik olduğu və yoluxucu olduğu bilinir.

E-saglam.az xəbər verir ki, Hindistanın Kerala əyalətində səhiyyə rəsmiləri tərəfindən verilən açıqlamada, 14 yaşlı bir uşağın Nipah virusu (NiV) səbəbiylə öldüyü açıqlanıb. Nipah virusunun yüksək ölüm nisbətinə malik olduğu və yoluxucu olduğu bilinir.

Səhiyyə naziri Veena Corc xəstəliyə tutulan uşaqla bağlı açıqlama verərkən, xəstəliyin yayılmasının qarşısını almaq üçün səylər göstərildiyini bildirib:

Uşağın nümunəsi dünən (şənbə) səhər Nipah xəstəliyindən şübhələndikdən sonra sınaqdan keçirildi.

NİV Pune-dən alınan test nəticələrindən sonra protokola uyğun olaraq müalicə və digər əməliyyatlara başlanılıb. Vəziyyəti ağır olan uşaq özəl xəstəxanadan Kojikode Tibb Kolleci Xəstəxanasına gətirilib. Onun yaşamaq ümidi var idi, amma bu gün saat 11.30-da dünyasını dəyişdi. "Ştat hökuməti xəstəliyin yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edir" dedi.

Yerli media dövlət səhiyyə rəsmilərinə istinadən xəbər verir ki, ölən uşağın ilkin əlaqə siyahısında 214 nəfər var və onlardan 60 nəfəri yüksək risk kateqoriyasındadır.

Ümumdünya Səhiyyə Təşkilatının virusa verdiyi tərifdə “Nipah virus infeksiyası heyvanlardan insanlara keçən zoonoz xəstəlikdir və həmçinin çirklənmiş qidalar vasitəsilə və ya birbaşa insandan insana keçə bilər. "O, yoluxmuş şəxslərdə asimptomatik infeksiyadan tutmuş kəskin respirator xəstəlik və ölümcül beyin iltihabına qədər müxtəlif xəstəliklərə səbəb olur."

Nipah virusu əsasən meyvə yarasalarından ötürülür və virusdan ölüm nisbəti təxminən yüzdə 40-70 arasındadır.(turkustan.az)

E-saglam.az