Yaraların yuyulmasının müxtəlif metodları məlumdur. Lakin adi, ev şəraitində tez sağalması üçün yaraya hansı məhlulun vurulması əksər hallarda mübahisə yaradır.
Ən doğru qərarı isə təbii ki, həkimlər verəcək.
E-saglam.az tanınmış fleboloq-cərrah İsmayıl Əsgərova istinadla xəbər verir ki, yaraları turşu-qələvi nisbəti neytral olan, qıcıqlandırıcı ve toksik təsir göstərməyən yuyucu vasitədən istifadə etməklə steril natrii xlor məhlulu ilə yumaq olar. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, infeksiyalaşma baxımından içməli krant suyu ve steril natrii xlor məhlulu arasinda yaraların yuyulmasında xüsusi fərq aşkarlanmayıb: “Bu səbəbdən biz xəstələrimizdən trofiki xoraları tez-tez göz yandırmayan uşaq şampunu və içməli su ilə yumasını tələb edirik. Gözünə vurmadığını yaraya vurma. Yüksək qələvi xüsusiyyətinə malik 72%-li sabunla yaranı bu baxımdan yumaq məsləhət deyil. Həm də dərisi quru olan xəstələrdə, misal üçün diabetiklərdə 72%-li sabun fonunda daha da quruyur”.
Cərrah-fleboloq uşaq şampunları dərini nəmli, yumşaq saxladığı, yaraya minimal yandırıcı təsir göstərdiyi üçün onlardan da istiifadəni məsləhət görür.