Tibbi xəbərlər
Yarada infeksiyanın əmələ gəlməsini müəyyənləşdirən “ağıllı” plastır təqdim edilib
Tibbi xəbərlər

Yarada infeksiyanın əmələ gəlməsini müəyyənləşdirən “ağıllı” plastır təqdim edilib

Yarada infeksiyanın əmələ gəlməsini müəyyənləşdirən “ağıllı” plastır təqdim edilib.

Alimlər tərəfindən yaraların tez sağalması üçün "ağıllı" sarğı hazırlanıb. Sarğı infeksiyaların əmələ gəlməsini müəyyənləşdirə və bu barədə xəstənin smartfonuna bildiriş göndərə bilir.

E-saglam.az ictnews.az-a istinadən bildirir ki, yaranın keyfiyyətli dezinfeksiya edilməsindən asılı olmayaraq, onun yenidən inkişaf etmə şansı var. Bu, çox vaxt orqanizmdən və immun sisteminin patogen mikroblarla mübarizə qabiliyyətindən asılıdır. Bu cür hallarda infeksiyanın inkişafını daha erkən müəyyənləşdirə bilən "ağıllı" sarğı çox faydalı olacaq. Bu, problemi geri dönüşü olmayan nəticələrə gətirib çıxarmazdan öncə aradan qaldırmağa kömək edəcək.

"Ağıllı" sarğının əsasını parçanın liflərinə toxunmuş bir sıra nanosensorlar təşkil edir. Sensorlar dəyişiklikləri aşkar edən kimi miniatür daşınan qurğu aktivləşir və xəstənin smartfonuna bildiriş mesajı göndərir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun