Xəstəliklər
Yaponiyada ölümcül xəstəlik epidemiyası baş qaldırıb
Xəstəliklər
1177

Yaponiyada ölümcül xəstəlik epidemiyası baş qaldırıb

Yaponiyada ölümlə nəticələnə bilən təhlükəli hemolitik streptokoklara yoluxma hallarında artım qeydə alınıb.

E-saglam.az xəbər verir ki, “Yaponiyada rekord sayda hemolitik streptokok infeksiyası qeydə alınır ki, bu da ağır hallarda qol və ayaqlarda toxumaların məhvinə, həmçinin ölümə səbəb ola bilər”, - deyə məlumatda bildirilib.

Əlavə edilib ki, 2024-cü ilin əvvəlindən mayın 5-dək 801 xəstəliyə yoluxma qeydə alınıb ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur.

“2023-cü ildə kəskin hemolitik streptokok infeksiyası hallarının ümumi sayı 941-ə çatıb ki, bu da bütün müşahidə dövrü üçün rekord göstəricidir. Mütəxəssislər bu artımın əsas səbəbinin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən antiepidemik tədbirlərin zəifləməsindən sonra eyni bakteriyaların törətdiyi faringit hallarının artmasında görürlər. Qrup A hemolitik streptokok, bir qayda olaraq, bu infeksiyanın inkişafına səbəb olur”, - deyə məlumatda vurğulanır.

Mənbə: ura.news /Oxu.Az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun