Xəstəliklər
Yalnız həyat yoldaşınızın aşkar edə biləcəyi
Xəstəliklər
612

Yalnız həyat yoldaşınızın aşkar edə biləcəyi XƏSTƏLİK

Yatağınızı paylaşan biri, simptomları siz yatarkən görünən və adətən diqqətdən kənarda qalan bu pozğunluğu başa düşə bilər. Müalicə edilməzsə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər...

E-saglam.az xəbər verir ki, yuxu apnesi ümumiyyətlə gecə yatarkən ortaya çıxan və insan tərəfindən fərq edilməyən bir sağlamlıq problemidir. Siz yatarkən nəfəs almanın dayandırılması və başlaması adətən partnyorunuzun fərq edəcəyi bir şeydir, çünki yuxu apnesi boğulma səsləri, xoruldama və ya nəfəs darlığı kimi simptomlarla özünü göstərir.

Doktor Asif Əhməd bir çox insanın bu pozğunluqdan əziyyət çəkdiyinə və insanların çoxunun bunu yalnız partnyorlarının xəbərdarlıqları ilə dərk etdiyinə diqqət çəkir. Yuxu apnesi piylənmə, geniş boyun quruluşu, yatmaq vəziyyətləri və genetik faktorlar kimi müxtəlif səbəblərdən yarana bilər.

Yuxu apnesi müalicə olunmazsa, yüksək qan təzyiqi, ürək xəstəliyi, insult, şəkərli diabet və depressiya kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, yuxu apnesi də gündəlik həyatda yorğunluq və konsentrasiyada çətinlik səbəbindən qəzaların artmasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun