Tibbi xəbərlər
Yalandan peyvənd vuran tibb bacısı cəzalandırıldı
Tibbi xəbərlər
146

Yalandan peyvənd vuran tibb bacısı cəzalandırıldı

Goranboy rayon Mərkəzi Xəstəxanası əməkdaşının qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Goranboy rayon Prokurorluğundan E-saglam.az-a verilən xəbərə görə, araşdırma zamanı iyunun 24-də xəstəxananın tibb bacısı Nabat Əliyeva peyvəndlənmə üçün müraciət etmiş rayon sakininə peyvənd etmək məqsədilə peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırıb. Həmin şəxs peyvəndlənmiş kimi kimi qeydə alınıb və nəticədə dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib.

Nabat Əliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Goranboy rayon məkməməsinin qərarı ilə Nabat Əliyevaya 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun