Tibbi xəbərlər
Yaddaş itkisi ən çox
Tibbi xəbərlər

Yaddaş itkisi ən çox bu qan qrupunda olur

Araşdırmalar göstərir ki, bəzi qan qrupları yaddaş itkisi və idrak pozğunluğu riski baxımından digərlərindən daha həssasdır. Xüsusilə AB (IV) qan qrupu olan şəxslərin bu problemlərlə qarşılaşma ehtimalı iki dəfə yüksəkdir.

E-saglam.az xəbər verir ki, amerikalı alimlər 45 yaşdan yuxarı 30.000 nəfəri üç il yarım müddətində izləyiblər. Nəticədə AB (IV) qan qrupu olan şəxslərin yaddaş zəifliyi və idrak pozğunluqlarına daha çox məruz qaldığı müəyyən edilib.

Bundan əlavə, qan laxtalanmasını tənzimləyən VIII faktor adlı zülalın yüksək səviyyədə olması idrak pozğunluğu riskini 24% artırır. Mütəxəssislər bu vəziyyətin beyin və damar sağlamlığı arasındakı əlaqə ilə bağlı ola biləcəyini bildirirlər.

Neurology jurnalında yayımlanan araşdırmaya görə, AB(IV) qan qrupu nadir olsa da, idrak problemləri baxımından ən riskli qrup sayılır. Alimlər əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun