Xolestrolu normada saxlamağın yolu düzgün qidalanmaqdan keçir.
E-saglam.az xəbər verir ki, vitamin və mineralla zəngin qidalanmaq pis xolestrolu aradan qaldırır, xəstəliklərə yoluxma riskini azaldır. Bu qidalardan ən əsası sarımsaqdır.
Sarımsaq Kalium mineralı, A və C vitamini tərkiblidir. Qan laxtalanmasının, damarların tıxanmasının qarşısını alır. Ürək-damar problemləri olanlar üçün möcüzəvi qidadır. Güclü bir antioksidan olan sarımsaq qan təzyiqini aşağı edir və qan yağlarının azalmasına kömək edir.